BAKI, 22 sentyabr. TELEQRAF
ƏMTQ sənədinə dair yeni öhdəlik müəyyənləşir.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ətraf mühitin mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Effektiv idarəetmə və makroiqtisadi göstəricilər" işçi qrupunun 2023-cü il üzrə Fəaliyyət Planında "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununa ƏMTQ (Ətraf mühitə təsirin qiymətləndirilməsi) hesabatlarının ictimaiyyətə açıqlanması ilə bağlı normaların daxil edilməsi üzrə müvafiq layihənin hazırlanması ayrıca tapşırıq kimi müəyyən edilib. Layihə məhz bu tapşırığın icrası, eləcə də TRİEİ (Təbii Resursların İdarə edilməsi İndeksi) göstəricisinin yüksəldilməsi məqsədi ilə hazırlanıb.