BAKI, 22 sentyabr. TELEQRAF
Ətraf mühitə təsiri qiymətləndiriləcək (ƏMTQ) heyvandarlıq müəssisələrinin əhatə dairəsi müəyyənləşdirilir.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə ilə "Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı” təsdiq edilib.
Təklif olunan qanun layihəsi ilə siyahının 27-ci maddəsinin yeni redaksiyada verilməsi, 34-cü maddənin isə ləğvi nəzərdə tutulur. Başqa sözlə, mövcud qanuna görə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı müəssisələrinin layihələndirilməsi və irimiqyaslı kənd təsərrüfatı (aqroparklar), habelə balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatı fəaliyyəti üzrə layihələr ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) tələb olunan fəaliyyət növü kimi təsbit edilib.