BAKI, 22 sentyabr. TELEQRAF
Ətraf mühitə təsirin qiymətləndirilməsinin təsir dairəsinə düşən kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış müəssisələrin (təsərrüfatların) - heyvandarlıq, quşçuluq, balıqçılıq müəssisələri və aqroparkların əhatə dairəsi dəqiq müəyyən edilir.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Eyni zamanda bununla da göstərilən hədlər daxilində tutumu olan təsərrüfatların layihələndirilməsi üzrə ƏMTQ aparılacaq.
ƏMTQ-nin əsas məqsədi ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin həyata keçirilməsi zamanı ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkarlanması, onların məkana, zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi, aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin həyata keçirilməsidir.