Çin və Avropa İttifaqı strateji tərəfdaşlar olaraq bir-birinə qarşı ticarət müharibəsinə başlamamalıdırlar.

Teleqraf xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi 21 sentyabrda alman həmkarı Yohann Vadeful ilə telefon danışığında bildirib: "Çin və Aİ hərtərəfli strateji tərəfdaşlardır. Çin və Avropa ticarət müharibəsinə girməməlidirlər".

Çinli diplomat Pekinin qarşılıqlı narahatlıqları dialoq və məsləhətləşmələr yolu ilə həll etmək üçün Brüssellə yaxınlaşmanın tərəfdarı olduğunu deyib: "Ümid edirik ki, Almaniya rasional və praqmatik yanaşmanı qoruyacaq, Avropa Birliyində fəal rol oynayacaq və Aİ-ni azad ticarət prinsiplərinə riayət etməyə, proteksionizmdən imtina etməyə və açıq əməkdaşlıq, dialoq və məsləhətləşmələrin düzgün yolunu tutmağa təşviq edəcək", - deyə Vanq Yi vurğulayıb.