BAKI, 22 sentyabr. TELEQRAF
Bakı Konqres Mərkəzində heç bir yanğın hadisəsi qeydə alınmayıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda FHN qüvvələri Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbir ilə əlaqədar əraziyə cəlb olunub.
"Mətbəx sahəsində havalandırma sistemi işə düşüb. Vəziyyət tam nəzarət altındadır və narahatçılıq üçün heç bir əsas yoxdur", - məlumatda qeyd olunub.
Xatırladaq ki, sosial mediada Bakı Konqres Mərkəzində tüstülənmə olduğuna dair görüntülər paylaşılıb.