BAKI, 13 fevral. TELEQRAF

Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, görüş əvvəlki kimi üçtərəfli (Rusiya-ABŞ-Ukrayna) formatda baş tutacaq. Danışıqların 17-18 fevral tarixlərində keçirilməsi planlaşdırılır.

Dmitri Peskov bu raundda Rusiya nümayəndə heyətinin rəhbərliyində dəyişiklik olduğunu qeyd edib: "Bu dəfə Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək".

Qeyd edək ki, danışıqların birinci raundu 23-24 yanvar tarixlərində Əbu-Dabidə keçirilib. İlk görüşdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor Kostyuk iştirak edib.

Danışıqların ikinci raundu 4-5 fevral tarixlərində yenə Əbu-Dabidə baş tutub.