BAKI, 27 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşü zamanı ona Amerika istehsalı silahlar almaq istəyib-istəmədiyini soruşub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Çindəki səfiri Devid Perdyu “Fox News” telekanalına açıqlamasında bildirib.

Səfirin sözlərinə görə, Tramp Si Cinpinə ABŞ-nin dünyanın müxtəlif ölkələrinə silah satdığını deyərək, Çinin də Amerika silahları almaq istəyib-istəmədiyini soruşub.

Perdyu Vaşinqtonun Pekinlə münasibətləri yaxşılaşdırmaq məqsədilə Tayvana silah satışını məhdudlaşdırması barədə iddianı “tamamilə yanlış” adlandırıb. Onun sözlərinə görə, ABŞ hakimiyyəti artıq Tayvana 11 milyard dollar dəyərində silah satışını təsdiqləyib və yeni razılaşmaları müzakirə edir.

Səfir əlavə edib ki, Tramp və Si Cinpin hər görüşdə Tayvana silah tədarükü məsələsini müzakirə edirlər.

ABŞ qanunvericiliyi isə müdafiə məhsulları və xidmətlərinin Çinə ixracını və reeksportunu məhdudlaşdırır.