BAKI, 27 sentyabr. TELEQRAF

Böyük Britaniya polisi Qlosterşir qraflığındakı Feyrford Kral Hərbi Hava Qüvvələri bazasında partlayış törətmək planı ilə İran arasında mümkün əlaqəni araşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları hadisə ilə bağlı bir neçə versiyanı yoxlayır. Hazırda istintaqın əsas diqqəti İranın hadisəyə mümkün aidiyyəti versiyası üzərində cəmlənib.

“The Telegraph” hadisənin Kral Hərbi Hava Qüvvələrinin Feyrford bazasına qarşı ehtimal olunan hücum planı ilə bağlı olduğunu bildirib.