BAKI, 27 sentyabr. TELEQRAF
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında ABŞ-yə məxsus sualtı pilotsuz aparatın ələ keçirilməsi barədə açıqlamasını təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə CENTCOM nümayəndəsi kapitan Tim Hokins Qətərin “Al Jazeera” telekanalına bildirib.
Hokins ABŞ-nin hazırda fəaliyyət göstərən bütün pilotsuz aparatlarına etibarlı nəzarət etdiyini deyib.
O, İran tərəfinin iddiasını “açıq-aşkar ümidsizlik təzahürü” adlandırıb.