BAKI, 27 sentyabr. TELEQRAF
Türkiyənin Qaziantep vilayətinin Nurdаğı rayonunda şəhərlərarası avtobusun iştirakı ilə baş verən yol qəzasında azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə “NTV” təcili yardım xidmətlərinə istinadən məlumat yayıb.
Qəza sentyabrın 27-də Qaziantep–Osmaniyə avtomobil yolunun Nurdаğı rayonundan keçən hissəsində baş verib. İlkin məlumata görə, avtobus naməlum səbəbdən minik avtomobili ilə toqquşub və daha sonra aşıb.
İlkin məlumatlara əsasən, avtobus yerli sakinləri daşıyırmış. Qəzanın səbəbləri araşdırılır.