BAKI, 28 sentyabr. TELEQRAF
İraqın şimalında yerləşən Ərbil şəhərində partlayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.
Telekanalın "Telegram" kanalında yayımlanan məlumatda Ərbildə partlayışın qeydə alındığı bildirilib.
Hadisənin səbəbi, partlayışın baş verdiyi dəqiq ərazi və mümkün itkilər barədə hələlik məlumat verilməyib.