GORANBOY, 28 sentyabr. TELEQRAF
Goranboy rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Şahməmmədli kəndində baş verib.
2013-cü il təvəllüdlü Ə.Əsgərovu avtomobil vurub. O, xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.