BAKI, 28 sentyabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) Tatarıstan rəhbəri Rüstəm Minnixanova qarşı sanksiya tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Aİ məlumat yayıb.

Brüssel Rüstəm Minnixanovu Ukraynadakı döyüş bölgəsindən uşaqların Tatarıstandakı düşərgələrə gətirilməsində günahlandırır.

Qeyd edək ki, ümumilikdə isə Aİ-nin yeni qərarı ilə 10 nəfərə və 17 təşkilata qarşı məhdudiyyətlər qoyulub.

Siyahıya düşən şəxslərə Avropa ölkələrinə səfər etmək qadağan olunub, onların aktivləri dondurulub. Həmçinin Avropa İttifaqının vətəndaşlarına və şirkətlərinə bu şəxslərlə hər hansı pul əməliyyatı aparmaq qadağan edilib.