BAKI, 28 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını və bundan sonra dünya bazarında neftin qiymətinin kəskin aşağı düşəcəyini iddia edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına açıqlamasında bildirib.

"Biz bu müharibədə çox tezliklə qalib gələcəyik. Qələbə qazanan kimi neftin qiyməti əhəmiyyətli dərəcədə azalaraq müharibədən əvvəlki səviyyəyə qayıdacaq", - ABŞ prezidenti deyib.

Çikaqo yaxınlığında keçirilən qolf turnirində iştirak edən Tramp ABŞ-nin hərbi baxımdan artıq qələbə qazandığını iddia edib.

"Hərbi nöqteyi-nəzərdən biz artıq qalib gəlmişik. Lakin bu, əldə etdiklərimizlə kifayətləndiyimiz anlamına gəlmir. Biz böyük qələbə qazanırıq", - o vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında əldə olunan atəşkəs razılaşmasından sonra iyulun 8-də genişmiqyaslı zərbələr yenidən bərpa edilib. Münaqişə Hörmüz boğazından neft daşımalarına ciddi təsir göstərib.

.