BAKI, 28 sentyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin intensivliyini azaltmağın mümkün olduğunu ABŞ Prezidenti Donald Trampa bildirib.
Teleqraf xəbər verir ki, Trampın sözlərinə görə, Zelenski Ukraynanın Rusiya neft emalı müəssisələrinə hücumların intensivliyini azalda biləcəyini deyib.
Qeyd edək ki, Zelenski daha əvvəl Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları dayandıracağı təqdirdə Kiyevin də Rusiya neft emalı zavodlarına zərbələri dayandırmağa hazır olduğunu açıqlayıb.