BAKI, 28 sentyabr. TELEQRAF

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra aviareyslər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Bu barədə Teleqraf-a "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı operativ şəkildə məlumatlandırılacaqlar.

Milli aviadaşıyıcı bəyan edib ki, bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və uçuşlar beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.