BAKI, 28 sentyabr. TELEQRAF

“Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərov 2026-cı ildə Rusiyada ən çox dividend gəliri əldə edən şəxslərin siyahısına başçılıq edib.

Teleqraf xəbər verir ki, bu barədə “Forbes” jurnalının dərc etdiyi reytinqdə məlumat verilib.

Nəşrin hesablamalarına görə, Ələkbərovun “Lukoyl” şirkətindən əldə etdiyi dividend gəliri təxminən 1,26 milyard ABŞ dolları təşkil edib.

İkinci pillədə 1,03 milyard dollar gəlirlə “Novatek” şirkətinin İdarə Heyətinin sədri Leonid Mixelson və ailəsi qərarlaşıb.

Üçüncü yeri isə 848 milyon dollar dividend gəliri ilə Gennadi Timçenko tutub.

Siyahıda İqor Kesayev (480 milyon dollar), Mixail Fridman (468 milyon dollar), Vladimir Potanin (426 milyon dollar), Leonid Fedun (414 milyon dollar), Vladimir Lisin (403 milyon dollar) və German Xan (368 milyon dollar) da yer alıblar.

Qeyd edək ki, Vahid Ələkbərov 2023 və 2024-cü illərdə də bu reytinqə başçılıq edib. 2025-ci ildə isə birinci yerdə “Severstal” şirkətinin ortaq sahibi Aleksey Mordaşov qərarlaşıb.