BAKI, 28 sentyabr. TELEQRAF

La Liqa təmsilçilərindən “Real Madrid”in rəsmi saytı ardıcıl 10-cu ildir dünyanın ən çox ziyarət edilən futbol klubu saytı olub.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, “realmadrid.com” ötən mövsüm ayda orta hesabla 8,7 milyon ziyarətçi qəbul edib.

Sayt ötən mövsüm 86 milyon unikal ziyarətçi ilə rekord göstəriciyə imza atıb. Bu rəqəm əvvəlki mövsümlə müqayisədə 9 faiz çoxdur. Portalda ümumilikdə 162 milyondan çox sessiya və 449 milyon səhifə baxışı qeydə alınıb.

Sayta daxil olanların 28 faizini 25-34 yaş aralığındakı istifadəçilər təşkil edib. Ziyarətlərin 78 faizi mobil cihazlardan həyata keçirilib. Portal ispan, ingilis, fransız, alman, portuqal, yapon, Çin və ərəb dillərində fəaliyyət göstərir.

Ən çox ziyarət edilən futbol klublarının saytları arasında “Real Madrid” 8,7 milyon göstərici ilə ilk pillədə qərarlaşıb. “Liverpul” 7,9 milyonla ikinci, “Arsenal” 7,8 milyonla üçüncü olub.

İlk 10-luq:

“Real Madrid” – 8,7 milyon
“Liverpul” – 7,9 milyon
“Arsenal” – 7,8 milyon
“Barselona” – 7,6 milyon
“Mançester Yunayted” – 5,4 milyon
“Bayern” – 4,8 milyon
“Çelsi” – 4,8 milyon
“Mançester Siti” – 3,2 milyon
PSJ – 2,7 milyon
“İnter” – 2,6 milyon