BAKI, 28 sentyabr. TELEQRAF

2029-cu ildə MDB İdman Oyunları Ermənistanda keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Bədən Tərbiyəsi və İdman Şurasının Almatıda keçirilən iclasında qərar qəbul olunub.

İki il əvvəl İrəvana MDB İdman Oyunlarına 2027-ci ildə ev sahibliyi etmək təklif olunmuşdu. Lakin Ermənistan tərəfi həmin vaxt yarışları keçirməyə hazır olmadığını açıqlamışdı.

2024-cü ildə isə Ermənistanın Gümrü şəhəri MDB-nin İdman Paytaxtı elan edilib.

Qeyd edək ki, ötən il MDB İdman Oyunları Gəncə şəhərində təşkil edilmişdi.