BAKI, 28 sentyabr. TELEQRAF
Böyük Britaniyada antiterror polisi Qlosterşir qraflığındakı Feyrford aviabazası yaxınlığında baş verən insidentdə İranın mümkün iştirakını araşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News” mənbələrə istinadən məlumat yayıb.
“Sky News”un məlumatına görə, hüquq-mühafizə orqanları hadisənin İranla mümkün əlaqəsini araşdırır. “The Telegraph” isə istintaqın gedişi ilə tanış mənbələrə istinadən İran agentlərinin ehtimal olunan terror aktının hazırlanmasında birbaşa iştirak etdiyini iddia edib.
Britaniya polisi hadisə ilə bağlı araşdırmanı davam etdirir.