BAKI, 27 sentyabr. TELEQRAF

Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 27-də vəzifəsindən istefa verdiyini açıqlayıb. Onun istefası növbədənkənar prezident seçkilərinə yol açır.

Teleqraf xəbər verir ki, Vuçiç istefa ərizəsini imzalayıb.

O, bundan əvvəl sentyabrın 11-də vəzifəsindən ayrılmaq niyyətində olduğunu açıqlamışdı.

Vuçiçin istefası onun ABŞ səfərindən sonra baş tutub. O, Serbiya qanunvericiliyinə əsasən seçki kampaniyası başlamazdan əvvəl vəzifəsini tərk etməyə məcbur olmadığını, bunun şəxsi qərarı olduğunu bildirmişdi.

Serbiyanın hakim Serb Tərəqqi Partiyası sentyabrın 5-də Vuçiçi oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərində baş nazirliyə namizəd kimi irəli sürüb.

Vuçiç 2017-ci ildən Serbiya prezidenti idi və 2022-ci ildə ikinci müddətə seçilmişdi. Serbiya Konstitusiyasına əsasən, eyni şəxs prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.