BAKI, 7 fevral. TELEQRAF

Çin təkrar istifadə edilə bilən eksperimental kosmik gəmini uğurla kosmosa göndərib.

Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, kosmik gəmi təyin olunmuş orbitə daxil olub və planlaşdırılan eniş yerinə qayıtmazdan əvvəl müəyyən müddət kosmosda qalacaq.

Qeyd edilib ki, uçuş çərçivəsində təkrar istifadə edilə bilən texnologiyalar sınaqdan keçiriləcək, həmçinin müxtəlif texniki təcrübələr aparılacaq. Missiyanın əsas məqsədi kosmosun dinc məqsədlərlə tədqiqi üçün texniki dəstəyin təmin olunmasıdır.

Proqramın digər təfərrüatları açıqlanmır.