BAKI, 30 yanvar. TELEQRAF
ABŞ İrana Venesuelaya nisbətən daha böyük qüvvə göndərir.
Teleqraf xəbər verir ki, bunu Ağ Evdə keçirilən tədbir zamanı ABŞ lideri Donald Tramp bildirib:
"İrana tərəf böyük bir armada, flotiliya irəliləyir; bu hətta Venesuela sahillərində olan qüvvəmizdən də çoxdur".
Tramp Vaşinqtonun Tehran ilə sazişə nail olacağına ümidini ifadə edib: "Sazişə nail olmasaq, nə baş verəcəyinə baxarıq".