BAKI, 21 sentyabr. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio Ermənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik mesajı göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Ötən il ərzində birlikdə əldə etdiyimiz tarixi irəliləyiş sülh və firavanlığa dair ümumi baxış istiqamətində çalışdığımız zaman nələrin mümkün olduğunu göstərir. Biz “Tramp marşrutu”nu (TRIPP) irəli aparmağı, iqtisadi əlaqəliliyi gücləndirməyi, Amerika investisiyalarını təşviq etməyi və Ermənistan, eləcə də daha geniş region üçün yeni imkanların müəyyənləşdirilməsinə kömək etməyi səbirsizliklə gözləyirik. Qarşıdakı illərdə ölkələrimiz arasında tərəfdaşlığı daha da dərinləşdirməyi planlaşdırırıq”, - Rubio bildirib.