BAKI, 21 sentyabr. TELEQRAF
Ermənistan kilsəsinin son illərdəki bəyanat və qərarları ölkədə revanşist qüvvələrin mövcudluğunu göstərir.
Teleqraf xəbər verir ki, bunu BMTMM-in İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.
F.Məmmədov bildirib ki, partiyalar və müxtəlif ictimai-siyasi qurumların mövqeyi
konyunkturadan asılı olaraq dəyişə bilər:
“Amma Ermənistan kilsəsinin son 3-5 ildə verdiyi bəyanatlar və qəbul etdiyi qərarlar göstərir ki, Ermənistan cəmiyyətində revanşist hisslərin ən böyük institusional dəstəyi məhz bu kilsəyə aiddir”.