BAKI, 21 sentyabr. TELEQRAF

Qafqaz Albaniyasının tarixi və dini irsi ilə bağlı müxtəlif araşdırmalar aparılıb.

Teleqraf xəbər verir ki, bunu Qafqaz Tarixi Mərkəzinin direktoru, hərbi ekspert Rizvan Hüseynov “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.

R.Hüseynovun sözlərinə görə, Rusiya imperiyası regionda xristian mərkəzinin formalaşdırılması məsələsinə xüsusi diqqət yetirib:

“Bu proseslər sonrakı dövrlərdə Qarabağda baş verən hadisələrə də təsir göstərib”.

Ekspert qeyd edib ki, Qarabağda Gəncəsər, Xudavəng və Amaras kimi üç mühüm xristian dini mərkəzi mövcud olub.

O, bu abidələrin yalnız Qarabağ üçün deyil, bütövlükdə Qafqazın xristian irsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb:

“1836-cı ildə Rusiya imperiyasının qərarı ilə Alban kilsəsinin müstəqil fəaliyyəti məhdudlaşdırılıb və onun dini strukturları Erməni Apostol Kilsəsinin idarəçiliyinə verilib”.

O vurğulayıb ki, Qafqaz Albaniyasının tarixi və dini irsinin araşdırılması regionun keçmişinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.