BAKI, 21 sentyabr. TELEQRAF
“İran Silahlı Qüvvələri ABŞ-nin hücumları yenidən bərpa etməsi halında əvvəllər hədəfə alınmamış Amerika obyektlərinə yeni silahlardan istifadə etməklə zərbələr endirməyə başlayacaq”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhəbi bildirib.
“Hədəflərimiz də artıq əvvəlki kimi olmayacaq. Hələ zərbə endirilməmiş yeni hədəflərimiz var”, - o deyib.
Möhəbi vurğulayıb ki, dəyişikliklər müharibənin coğrafiyasını, istifadə olunan silahlar və hərbi texnikaları da əhatə edəcək: “Yeni imkanlara malik yeni silahları döyüş meydanına çıxaracağıq və dünya bundan heyrətə gələcək”.
SEPAH-ın “Xatəmül-Ənbiya” Qərargahı dünən ABŞ-nin yaxın zamanda İrana qarşı hərbi əməliyyatları yenidən başlatmağa hazırlaşdığı barədə məlumatlara malik olduğunu bəyan etmişdi.