BAKI, 30 yanvar. TELEQRAF

İrana məxsus hökumət təyyarəsi Moskvanın Vnukovo hava limanına enib. Bu barədə "Telegram"da fəaliyyət göstərən "Mash" kanalı məlumat yayıb.

Teleqraf xəbər verir ki, paylaşımda ABŞ-nin İran rəhbərliyinə zərbə endirə biləcəyi ilə bağlı yayılan şayiələr fonunda İran hökumət təyyarəsinin Moskvaya gəldiyi qeyd olunub.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik heç bir açıqlama verilməyib.

Bundan əvvəl CNN telekanalı ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı üzrə danışıqların nəticəsiz qalmasından sonra Tehrana yeni zərbə endirmək imkanını nəzərdən keçirdiyini yazmışdı.

"The New York Times" nəşrinin məlumatına görə isə ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri Donald Trampı İrana qarşı hərbi addımdan çəkindirməyə çalışırlar.