BAKI, 21 sentyabr. TELEQRAF

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında ədalət təmsilçilərindən biri olacaq.

Teleqraf xəbər verir ki, Nazim Umbayev dünya çempionatlarında hakimlik edən ilk azərbaycanlı referidir.

O, ilk dəfə 2025-ci ildə Macarıstanda keçirilən dünya çempionatının hakimlər heyətinə daxil edilib.

Bakı-2026 cüdo üzrə böyüklər arasında dünya çempionatı 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.