BAKI, 21 yanvar. TELEQRAF
ABŞ prezidenti Donald Trampın olduğu “Air Force One” təyyarəsi Vaşinqton yaxınlığında yerləşən Endryus aviabazasında uğurla eniş edib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, ekipaj təyyarədə elektroavadanlıqla bağlı nasazlıq aşkar edildikdən sonra geri qayıtmaq barədə qərar qəbul edib.
***
08:16
Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumuna yola düşən təyyarəsi aşkar edilən texniki nasazlıq səbəbindən ABŞ-yə geri qayıdır.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evə istinadən məlumat yayıb.
Bildirilir ki, Tramp və onu müşayiət edən nümayəndə heyəti başqa bir təyyarəyə minərək İsveçrəyə səfərlərini davam etdirəcəklər.