BAKI, 21 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə Somali və somalili immiqrantları təhqir edib.
Teleqraf xəbər verir ki, Trampa görə, tənqid Somali hətta ölkə deyil: "Onların ölkəyə bənzərliyi yoxdur. Əgər bu bir ölkədirsə, deməli, dünyanın ən pislərindən biridir", - deyə o bildirib.
ABŞ Prezidenti həmçinin Somali əsilli Minnesota senatoru İlhan Öməri, eləcə də Somali immiqrantlarını tənqid edərək onları "çox aşağı IQ-lu insanlar" adlandırıb.