BAKI, 21 yanvar. TELEQRAF

Finlandiyada 2026-cı ildən etibarən stasionar telefon rabitəsi xidmətləri göstərilməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb.

Məlumata görə, ölkənin ən iri telekommunikasiya operatoru olan "Elisa" iyun ayının sonundan stasionar telefonlardan istifadə edən müştərilərə xidmət göstərməyi dayandıracağını açıqlayıb. Daha əvvəl digər yerli operatorlar da oxşar qərarlar qəbul ediblər.

Qəzetin yazdığına görə, 2024-cü ilin sonuna Finlandiyada 84 min stasionar telefon xətti mövcud olub ki, onlardan 10 mini ev təsərrüfatlarının payına düşüb. 2025-ci il üzrə rəsmi statistika hələ açıqlanmasa da, stasionar telefon xətlərinin sayının daha da azaldığı və hazırda çox aşağı səviyyədə olduğu bildirilir.