BAKI, 21 yanvar. TELEQRAF
“Xalqlarımız arasında ikitərəfli əməkdaşlığın gündəliyi çox zəngin olaraq qalır”.
Teleqraf xəbər verir ki, bunu Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşdən sonra sosial mediada yazıb.
“Həmkarım, Türkiyə xarici işlər naziri Hakan Fidanla Ankarada görüşməkdən məmnun olduym. Xalqlarımız arasında ikitərəfli əməkdaşlığın gündəliyi çox zəngin olaraq qalır. Bütün sahələrdə müsbət dinamika görürük. İllər keçdikcə müəyyən edilmiş hədəflər reallaşır, daha geniş imkanlar yaranır.
Xarici İşlər nazirlikləri bütün razılaşmaların tam icrasını vaxtında əlaqələndirməyə tam sadiq qalır”, - o bildirib.