BAKI, 21 yanvar. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xankəndi şəhərində və Kərkicahan qəsəbəsi ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “Honda" və "Toyota" markalı ümumilikdə 4 ədəd minik avtomobilinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.