BAKI, 21 yanvar. TELEQRAF
Birləşmiş Ştatlar Çaqos arxipelaqındakı Dieqo Qarsiyadakı ABŞ-Britaniya hərbi bazası ilə bağlı vəziyyətin təkrarlanmasının qarşısını almaq üçün Qrenlandiya üzərində nəzarəti ələ keçirmək istəyir.
Teleqraf xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent bildirib.
Onun sözlərinə görə, düşünürəm ki, hamımız illərdir Böyük Britaniya ilə paylaşdığımız bazanın başına nə gəldiyini görmüşük: "Böyük Britaniya adanı Mavrikiyə təhvil verdi. Prezident Tramp Qrenlandiyada Dieqo Qarsiyadakı vəziyyətin təkrarlanmasını istəmir".
ABŞ prezidenti Donald Tramp 20 yanvarda özünün "Truth Social" səhifəsində Britaniyanın ABŞ hərbi bazasının yerləşdiyi Dieqo Qarsiya adasını Mavrikiyə köçürməsini "tamamilə zəiflik və böyük axmaqlıq aktı" adlandırıb.
Tramp bu vəziyyəti Qrenlandiya məsələsi ilə əlaqələndirərək, Danimarkanı və onun Avropa müttəfiqlərini milli təhlükəsizlik sahəsində düzgün addımlar atmağa bə adanı ABŞ-yə verməyə çağırıb.