BAKI, 21 yanvar. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinə dronlarla hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib .

"Hücum nəticəsində regionun enerji kompleksinin bir hissəsi sıradan çıxıb", - deyə o yazıb.

Qladkovun sözlərinə görə, xəsarət alan olmasa da, vilayətin bir hissəsi işıqsız qalıb.