BAKI, 21 yanvar. TELEQRAF
İranda etiraz aksiyalarının təşkilatçıları bankları və məscidləri yandırarkən qadın və uşaqlardan canlı qalxan kimi istifadə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "TASS"a İranın güc strukturlarındakı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, etirazlar zamanı istifadə olunan taktikalardan biri əvvəlcə iqtisadi məsələlər və müxtəlif azadlıqlarla bağlı şüarların səsləndirilməsi yolu ilə insanların diqqətini cəlb etməkdən ibarətdir. Bundan sonra isə qadınlar, xüsusilə də uşaqlı qadınlar ön sıraya çıxarılaraq canlı qalxan kimi istifadə olunub.
Mənbə bildirib ki, məhz bu cür örtük altında təxribatçılar ictimai əmlakı dağıdır, bankları və məscidləri yandırırlar.