BAKI, 21 yanvar. TELEQRAF
Nyu-York əmtəə birjasının "Comex" bölməsində 2026-cı ilin fevral ayı üzrə tədarük edilən qızıl fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək bir troy unsiyası üçün 4 800 dollar həddini ötüb.
Teleqraf xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında deyilir.
Bakı vaxtı ilə saat 05:06-da qiymətli metalın qiyməti bir troy unsiyası üçün 4 802 dollar təşkil edib ki, bu da 0,76% artım deməkdir. Saat 05:11-də isə qızılın qiyməti 4 805,4 dollara yüksəlib (+0,83%).
Saat 05:25-ə olan məlumata görə isə artım tempi bir qədər zəifləyib və qızılın qiyməti bir troy unsiyası üçün 4 823,7 dollara çatıb ki, bu da 1,21% artım deməkdir.