BAKI, 21 yanvar. TELEQRAF

İspaniyada bir həftə ərzində artıq ikinci dəmir yolu qəzası qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu dəfə Barselona yaxınlığında divarın relslərin üzərinə uçması nəticəsində qatar relsdən çıxıb.

"Associated Press" agentliyinin məlumatına görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata əsasən, qəzaya uğrayan şəhərətrafı qatar Barselonadan təxminən 35 dəqiqəlik məsafədə yerləşən Helida şəhəri yaxınlığında relsdən çıxıb.

Qeyd edək ki, iki gün əvvəl də İspaniyada iki sürətli qatar relsdən çıxmış, hadisə nəticəsində 42 nəfər həlak olmuşdu.

Həmin qəza ilə bağlı axtarış-xilasetmə işləri hələ də davam etdirilir.