BAKI, 21 yanvar. TELEQRAF

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan və partiyası iyunda keçiriləcək parlament seçkilərində iştirak etməyə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

“Əldə etdiyimiz məlumata görə, üçüncü prezident Serj Sərkisyanın rəhbərlik etdiyi “Respublikaçı” Partiyası bu dəfə seçkilərdə iştirak etməyə o qədər də meylli deyil. İştirak etmədikləri təqdirdə kimi dəstəkləyəcəkləri isə naməlumdur”, - nəşr yazıb.