BAKI, 21 yanvar. TELEQRAF

Qrenlandiya ətrafında yaranmış vəziyyət ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən Davos Dünya İqtisadi Forumu çərçivəsində imzalanması gözlənilən Ukraynanın müharibədən sonrakı bərpasına dair Rifah Planının imzalanmasını pozub.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

“İmzalanma hələlik baş tutmayacaq”, - rəsmi mənbə nəşrə deyib.

Digər rəsmi izah edib ki, Avropa ölkələri Donald Trampın Qrenlandiya ilə bağlı addımlarını görməzdən gələ bilməz, eyni zamanda ABŞ Prezidentinin fəal iştirak etdiyi digər məsələlərdə, o cümlədən Ukrayna problemi üzrə irəliləyiş əldə etməyə çalışırlar: “Hazırda heç kim Trampla razılaşma ətrafında möhtəşəm şou təşkil etməyə köklənməyib”.

O əlavə edib ki, Qrenlandiya ətrafındakı mübahisə və Qəzza zolağı üçün Sülh Şurasının yaradılması prosesi Ukrayna mövzusunu kölgədə qoyub.