BAKI, 21 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə ölkə ərazisində terrorçuların saxlanıldığı həbsxanalarla bağlı məsələləri müzakirə etdiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında danışıb.
“Dünən onunla danışdım, həbsxanalar və orada baş verənlər barədə söhbət etdik”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, bu həbsxanalarda ən təhlükəli terrorçulardan bəziləri saxlanılır və Suriya prezidenti vəziyyəti nəzarətdə saxlayır.
Əhməd əş-Şaraa haqqında danışan Tramp qeyd edib ki, Suriya prezidenti çox ciddi şəkildə çalışır. ABŞ lideri onu sərt adam adlandıraraq, kifayət qədər sərt keçmişə malik olduğunu vurğulayıb.