BAKI, 21 yanvar. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində VII tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, ikinci oyun günündə 9 görüş keçiriləcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" doğma meydanında İspaniyanın "Atletiko Madrid" klubu ilə qarşılaşacaq.

"Qarabağ"ın sonuncu - VIII turdakı rəqibi olan İngiltərənin "Liverpul" komandası isə Fransada yerli "Marsel" kollektivi ilə üz-üzə gələcək.

Qeyd edək ki, VIII turun oyunları yanvarın 28-də keçiriləcək.

UEFA Çempionlar Liqası

Əsas mərhələ, VII tur

21 yanvar

21:45 "Qarabağ" (Azərbaycan) - "Ayntraxt Frankfurt" (Almaniya)

21:45 "Qalatasaray" (Türkiyə) - "Atletiko Madrid" (İspaniya)

00:00 "Bavariya" (Almaniya) - "Yunion Royal" (Belçika)

00:00 "Marsel" (Fransa) - "Liverpul" (İngiltərə)

00:00 "Çelsi" (İngiltərə) - "Pafos" (Kipr)

00:00 "Slaviya" (Çexiya) - "Barselona" (İspaniya)

00:00 "Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya)

00:00 "Atalanta" (İtaliya) - "Atletik Bilbao" (İspaniya)

00:00 "Nyukasl Yunayted" (İngiltərə) - PSV (Niderland)