BAKI, 21 yanvar. TELEQRAF
“ABŞ qüvvələri yaxınlıqda yerləşdirilib, İran Donald Trampın sözlərini ciddi qəbul etməsə, bu etinasızlıq onun öz ziyanına olacaq”.
Teleqraf xəbər verir ki, bunu amerikalı respublikaçı senator Mark Ueyn Mullin deyib.
Senator İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “dünyada terrorizmin ən böyük himayədarı” adlandırıb və onun rolunu nasist Almaniyası ilə müqayisə edib:
“Əsas məqam ondan ibarətdir ki, ayətullah (İranın Ali rəhbəri Əli Xamenei - red.) gizləndiyi yerdən çıxıb, bu o deməkdir ki, onun dəqiq yeri ABŞ Prezidenti və kəşfiyyatına məlumdur.
Ayətullahın hələ də sağ qalmasının yeganə səbəbi regiondakı bəzi ölkələrin onun aradan qaldırılmasına qarşı çıxmasıdır. Amma biz Trampı tanıyırıq, onun səbrinin həddi bir nöqtəyə qədərdir. O gün ayətullah verdiyi qərarların nəticələri ilə üzləşəcək”.