BAKI, 21 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 2029-cu ildə prezidentlik səlahiyyətləri başa çatdıqdan sonra da Qəzza üzrə yaradılması planlaşdırılan “Sülh Şurası”nın sədri vəzifəsini saxlaya bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Tramp Ağ Evi tərk etdikdən sonra da istefa verməyənədək “Sülh Şurası”na rəhbərlik etməyə davam edə bilər. Hazırda ABŞ administrasiyası şuraya kimlərin daxil olacağı, onun necə idarə ediləcəyi və hansı mexanizmlərlə fəaliyyət göstərəcəyi məsələlərini dəqiqləşdirməyə çalışır.

"Bloomberg" yazır ki, Trampa ömürlük sədr statusunun verilməsi ehtimalı bu qurumun təsis edilməsi yolunda yaranan növbəti problemə çevrilib.