BAKI, 21 yanvar. TELEQRAF
Kiyev humanitar fəlakətə doğru gedir.
Teleqraf xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitaliy Kliçko Britaniyanın "The Times" nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, əsas kommunal xidmətlərlə bağlı vəziyyət kritikdir və istilik, su və elektrik təchizatı ciddi problemlərlə üzləşib. Kliçko qeyd edib ki, hazırda 5,6 min çoxmənzilli yaşayış binası istiliklə təmin olunmur.
Mer əlavə edib ki, yalnız yanvar ayı ərzində 600 min nəfər Kiyevi tərk edib.
Bundan əvvəl “STRANA.ua” nəşri şəhərin böyük hissəsində elektrik enerjisinin verilmədiyini yazmışdı.
Eyni zamanda, elektrik, istilik və su təchizatının Ukrayna parlamentində - Ali Radada da dayandırıldığı bildirilib.