BAKI, 20 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp artıq Venesuelanı sevməyə başladığını bildirib.

Teleqraf xəbər verir ki, Trampın çıxışının səs yazısı Ağ Evin YouTube kanalında yayımlanıb.

"Onlar bizimlə çox yaxşı davranıblar. Çox xoş olub", - Tramp deyib.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelaya hücum edərək Prezident Nikolas Maduro və onun həyat yoldaşını qaçırıb. Maduronun barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib. Maduro narkotik kartelinə rəhbərlik etmək və digər cinayətlərdə ittiham olunur. Onu ömürlük həbs cəzası gözləyir.