BAKI, 21 yanvar. TELEQRAF
Bu gün Qobustan rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Qobustan rayonunda qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan etibaran "Qobustan əhali" qaz xəttində qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Qobustan qəsəbəsi, P.Abbasov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.