BAKI, 19 yanvar. TELEQRAF

Çexiya Prezidenti Qrenlandiya ətrafında yaranmış vəziyyətin həlli üçün NATO çərçivəsində mövcud olan bütün imkanlardan istifadə edilməsinin vacibliyini bəyan edib.

Teleqraf xəbər verir ki, bunu Çexiya dövlət başçısı Petr Pavel mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, alyans daxilindəki müttəfiqlik əlaqələri bu məsələnin həllində mühüm rol oynaya bilər.

“Bizə müttəfiqlik əlaqələri çərçivəsində təqdim olunan bütün imkanlardan istifadə etmək lazımdır. Düşünürəm ki, hələlik bu potensial tam şəkildə reallaşdırılmayıb”, – deyə Çexiya prezidenti bildirib.

Məlumata görə, daha əvvəl politoloq və hüquqşünas Adriel Kasonte Avropa siyasətçilərinin Qrenlandiya ətrafında yaranan mübahisələrə baxmayaraq, ABŞ ilə münasibətləri qoruyub saxlamağa çalışacaqlarını qeyd edib.

Onun sözlərinə görə, Qrenlandiyanın əldə olunması ABŞ Prezidenti Donald Tramp və bütövlükdə ABŞ-nin gələcəyi üçün böyük nailiyyət hesab oluna bilər.