BAKI, 19 yanvar. TELEQRAF

ABŞ xüsusi xidmət orqanları Delsi Rodrigeslə bağlı araşdırmalar aparır.

Teleqraf xəbər verir ki, ABŞ-nin xüsusi xidmət orqanları Venesuelanın müvəqqəti prezidenti vəzifəsini icra edən Delsi Rodrigezlə bağlı bir sıra araşdırmalar aparır.

Bu barədə "Associated Press" agentliyi qapalı sənədlərə istinadən məlumat yayıb. Məlumata görə, siyasətçi ABŞ hüquq-mühafizə orqanlarının diqqət mərkəzində bir neçə beynəlxalq araşdırma çərçivəsində yer alır. Söhbət ən azı on ayrı-ayrı işdən gedir və bu işlərin coğrafiyası Paraqvay və Ekvadordan tutmuş Nyu-Yorka qədər uzanır.

Agentliyin yazdığına görə, ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsi Delsi Rodrigezə xüsusi diqqət göstərir. Bildirilir ki, hələ 2022-ci ildə bu qurum ona “prioritet hədəf” statusu verib.

Eyni zamanda vurğulanır ki, uzun müddət davam edən araşdırmalara baxmayaraq, ABŞ hakimiyyəti tərəfindən Rodrigezə qarşı rəsmi ittihamlar irəli sürülməyib.

Daha əvvəl “The New York Times” qəzeti Rodrigezin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff ilə görüşdüyünü yazmışdı.